COP29

Millimizin üzvü göz yaşlarını saxlaya bilmədi - VİDEO

23 Mart 2019 14:48 Ağır atletika 471
Millimizin üzvü göz yaşlarını saxlaya bilmədi - VİDEO

Yaponiyanın Saitama şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatında Azərbaycan 2 idmançı ilə təmsil olunur.

Sportinfo.az xəbər verir ki, qadınların yarışında 15 yaşlı Yekaterina Ryabova, kişilərdə isə 18 yaşlı Vladimir Litvintsev dünya çempionatında debüt edib.

İlk dəfə dünya birinciliyinə qatılmasına baxmayaraq, gənc təmsilçimiz qadınların yarışında qısa proqramda 40 idmançı arasında 17-ci yer tutaraq, finala vəsiqə verən ilk 24-lüyə düşməyi bacarıb.

Sərbəst proqramda daha da uğurlu çıxış edərək, 179,88 xal toplayan Yekaterina, ümumi nəticədə yüksək, 13-cü yeri tutmağı bacarıb.

Dünya çempionatında debüt edən 15 yaşlı bir idmançı üçün bu çox uğurlu nəticədir. Nəticələr açıqlandığı zaman göz yaşlarını saxlaya bilməyən Yekaterina qonaqpərvər yapon azarkeşləri tərəfindən ayaqda alqışlanıb.

Eurosport1 kanalının şərhçiləri Azərbaycan təmsilçisinin çıxışını möhtəşəm adlandırıb. Onu da bildirək ki, Yekaterinanın məşqçiləri - ikiqat Olimpiya çempionu Yevgeniy Plyuşenko və tanınmış mütəxəssis Aleksandr Volkovdu.

Xəbər Lenti