VİDEO: Azərbaycanda nazir müavinindən "maksimum" tapşırığı

22 Mart 2019 11:00 Ağır atletika 535
VİDEO: Azərbaycanda nazir müavinindən "maksimum" tapşırığı

Gənclər və idman nazirliyində dünya birinciliyində fərqlənmiş ağırlıqqaldıranlar və Avropa çempionatında uğurla çıxış etmiş boksçularla görüş təşkil edilib.

Sportinfo.az xəbər verir ki, nazir müavini İsmayıl İsmayılovun rəhbərliyi ilə keçirilmiş tədbirdə hər iki federasiyanın rəsmiləri, məşqçi və idmançılar iştirak ediblər.

Əldə olunmuş nəticələrə görə idmançıları təbrik edən İsmayıl İsmayılov əsas məqsədin Tokioda keçiriləcək yay olimpiya oyunlarına maksimum sayda lisenziya qazanmaq olduğunu deyib.

Zədələr səbəbindən dünya birinciliyinə tam heyətlə yollana bilməyən ağırlıqqaldıranlarımız 7 illik fasilədən sonra tarixi nəticəyə imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!