"Səhvlər üzərində işlədim"

18 Mart 2019 14:48 Ağır atletika 518
"Səhvlər üzərində işlədim"

"Yaxşı nəticə göstərdim.

Təsnifat mərhələsində səhvə yol vermişdim, finaladək səhvlər üzərində işlədim".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanan Nikita Simonov deyib.

Halqalarla çıxışda ikinci yeri tutan atlet Milli Gimnastika Arenasındakı azarkeşlərin ona kömək etdiyini söyləyib.

N.Simonov fanatlara təşəkkür edərək bildirib: "Növbəti yarış Dohada olacaq. Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!