Azərbaycan gimnastları Dünya Kubokunda çıxışlarını başa vurdu

17 Mart 2019 16:48 Ağır atletika 419
Azərbaycan gimnastları Dünya Kubokunda çıxışlarını başa vurdu

Bu gün Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, turnirin son günündə Azərbaycan idmançılarından Marina Nekrasova mübarizə aparıb.

O, gimnastikası tiri yarışında 11.366 xallıq nəticə ilə 7-ci olub. Yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Ümumilikdə 41 ölkədən 170 gimnast mübarizə apardığı turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunub.

Onlardan Nikita Simonov gümüş medal qazanıb. Murad Ağarzayev və İvan Tixonov fəxri kürsüyə yüksələ bilməyiblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!