COP29

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda gümüş qazandı

16 Mart 2019 18:24 Ağır atletika 259
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda gümüş qazandı

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, atlet halqalarla çıxışda 14,800 xallıq nəticə ilə ikinci olub.

Sərbəst hərəkətlərdə mübarizə aparan Murad Ağarzayev 13,800 xalla altıncı yeri tutub. Qadınların yarışında isə Marina Nekrasova dayaqla tullanmada 13,966 xal toplayaraq 6-cı olub.

Yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır. Dünya Kubokuna martın 17-də yekun vurulacaq.

Xəbər Lenti