COP29

Bakıda təqdim olundu - FOTO

16 Mart 2019 08:36 Ağır atletika 251
Bakıda təqdim olundu - FOTO

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda ən yüksək icra xalını toplamış idmançılara ənənəvi “AGF Trophy” kuboku təqdim edilib.

Sportinfo.az xəbər verir ki, kubok qadınlarda ABŞ təmsilçisi Ceyd Keriyə, kişilərdə isə gürcüstanlı Konstantin Kuzovkova verilib.

Kuboku Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.

Yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Dörd günlük turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır. Dünya Kubokuna martın 17-də yekun vurulacaq.

Xəbər Lenti