COP29

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunun ikinci günündə

15 Mart 2019 13:36 Ağır atletika 230
Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunun ikinci günündə

Bakıda keçirilən Dünya Kubokunun ikinci yarış günündə də kişi və qadın idman gimnastları təsnifat mərhələsində mübarizə aparacaqlar.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında kişilər dayaqla tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə qüvvələrini sınayacaqlar.

Azərbaycan gimnastlarından Murad Ağarzayev və İvan Tixonov dayaqla tullanma və dəstəli at yarışlarında çıxış edəcək.

Tixonov və Nikita Simonov turnik yarışlarında mübarizə aparacaq. Azərbaycanın qadın gimnastı Marina Nekrasova isə gimnastika tiri və sərbəst hərəkətlərdə yarışacaq.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kubokunda 41 ölkədən 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparır. Turnirə olimpiya, dünya və Avropa medalçıları qatılıblar.

İlk yarış günündə Azərbaycanın 3 idman gimnastı - Marina Nekrasova, Murad Ağarzayev və Nikita Simonov finala yüksəlib.

Bu gün həm də ən yüksək icra xalını toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - “AGF Trophy” təqdim olunacaq. Dünya Kubokuna martın 17-də yekun vurulacaq.

Xəbər Lenti