COP29

Azərbaycanın 3 gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəldi

15 Mart 2019 00:00 Ağır atletika 367
Azərbaycanın 3 gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəldi

Bakıda keçirilən Dünya Kubokunun ilk yarış günündə Azərbaycanın 3 idman gimnastı finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, bunlar Marina Nekrasova, Murad Ağarzayev və Nikita Simonovdu.

Nekrasova təsnifat mərhələsində dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq 7-ci yeri tutub. Sərbəst hərəkətlərdə 14,066 xal yığan Ağarzayev də təsnifat mərhələsində eyni pillədə qərarlaşıb.

Halqalarda çıxış edən Simonov isə 14,433 xalla 8-ci olub. Hər 3 gimnastın tutduğu yer onlara martın 16-da keçiriləcək finalda iştirak imkanı verib.

Dünya kubokunda Azərbaycanı İvan Tixonov da təmsil edir. Bütün 4 idman gimnastı mübarizəni martın 15-də təsnifat yarışlarında davam etdirəcək.

Murad Ağarzayev dayaqla tullanma və dəstəli atla, Nikita Simonov turnirlə, İvan Tixonov isə hər 3 hərəkətdə qüvvəsini sınayacaq. Bu növlər üzrə finallar 16-17 martda olacaq.

Xəbər Lenti