COP29

Daha bir azərbaycanlı dünya birinciliyinda bürünc qazandı

14 Mart 2019 17:00 Ağır atletika 260
Daha bir azərbaycanlı dünya birinciliyinda bürünc qazandı

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan millisinin üzvləri də iştirak edirlər.

Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Azərbaycan atleti birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Əli təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. O, 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Buna qədər Azərbaycan yeniyetmələri arasında yalnız Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində toplamda medal qazanmağı bacarmışdı.

Əli Şükürlü Las-Veqasda bu uğuru təkrarlamaqla adını tarixə yazdırıb. Hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində 5 bürünc medal - 1 böyük, 4 kiçik - var.

Buna qədər Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində bürünc medala sahib çıxıblar.

Xəbər Lenti