COP29

Azərbaycan və İtaliya arasında yoldaşlıq görüşü keçirildi

12 Mart 2019 14:24 Ağır atletika 258
Azərbaycan və İtaliya arasında yoldaşlıq görüşü keçirildi

Azərbaycan və İtaliyanın bədii gimnastika üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, matç İtaliyanın Desio şəhərində təşkil olunub.

Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasilyeva, Zeynəb Hümmətova, gənclər arasında fərdi yarışda Arzu Cəlilova və Nərminə Səmədova, qrup hərəkətləri komandasında Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Milana Əkbərova iştirak ediblər.

Görüşdən 1 gün sonra Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilyeva İtaliya məşqçilərinə master-klass keçib.

Xəbər Lenti