COP29

7 il sonra Azərbaycana medal qazandırdı - FOTOLAR

11 Mart 2019 09:00 Ağır atletika 282
7 il sonra Azərbaycana medal qazandırdı - FOTOLAR

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.

Sportinfo.az xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər.

55 kq çəki dərəcəsində Ömər Cavadov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib 96 kq nəticə göstərib.

Bu nəticə ilə o, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldı.

Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kq çəki dərəcəsində Azər Məmmədli nail olmuşdu.

Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kq-ı başı üzərinə qaldırıb.

O, bu hərəkətdə 9-cu yeri tutub. Ümumilikdə 211 kq (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü pilləni tutub.



Xəbər Lenti