Bakıda bədii gimnastika üzrə AÇ-nın püşkatması keçirildi

4 Mart 2019 08:00 Ağır atletika 377
Bakıda bədii gimnastika üzrə AÇ-nın püşkatması keçirildi

Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatması keçirilib.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri, həmçinin Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və təşkilat komitəsinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə, böyük gimnastlar arasında fərdi proqramda Azərbaycan təmsilçiləri sayca 18-ci çıxış edəcəklər. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.

Gənc komandaların qrup hərəkətləri proqramında isə Azərbaycan 16-cı çıxış edəcək. Bu kateqoriyada 22 ölkənin təmsilçiləri mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!