COP29

"Fənərbağça"ıı etiraf etdi: "Mən Quliyevi özümə örnək alıram"

27 Fevral 2019 10:48 Ağır atletika 416
"Fənərbağça"ıı etiraf etdi: "Mən Quliyevi özümə örnək alıram"

"Fənərbağça"nın güclü atletləri arasında göstərilən Akın Özyürek yerli mətbuata müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı idmançı Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyevin karyerasındakı rolundan da bəhs edib.

Ramil 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb. O, "Fənərbağça" ilə çiyin-çiyinə mübarizə aparan Quliyev haqda müsbət fikirlər səsləndirib:

"Ramil mükəmməl insandı. Məşqlərdə intizamlılığı, şəxsiyyəti və bu işə sərf etdiyi əmək təqdirəlayiqdi.

"Fənərbağça"ya böyük köməyi dəyir. Dünya çempionu olmuş bir atletdi. Dünya çempionatında əla nəticələr göstərdi.

Ona Olimpiadada uğurlar arzulayıram. İnşallah, orda da finala birinci çatar. Şəxən mən buna çox inanıram. Ramil Quliyev örnək aldığım idmançıdı".

Xəbər Lenti