COP29

Azərbaycan Balkan Qış Çempionatı və İstanbul Kubokunda 2 medal qazandı

18 Fevral 2019 15:12 Ağır atletika 313
Azərbaycan Balkan Qış Çempionatı və İstanbul Kubokunda 2 medal qazandı

Azərbaycan atletləri Türkiyədə keçirilmiş Balkan qış çempionatı və İstanbul Kubokunda 2 medal qazanıblar.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, ən yaxşı nəticəni Nazim Babayev göstərib.

22 yaşlı idmançı Balkan çempionatında 3 təkanla 16,68 metr tullanaraq, gümüş medala sahib olub. Zəkiyyə Həsənova İstanbul Kubokunda 7,46 saniyə nəticə ilə bürünc medala yiyələnib.

O, Balkan çempionatında isə eyni məsafədə finişə 7.37 saniyəyə 5-ci çatıb. 24 yaşlı atlet həm də Azərbaycanın iki rekordunu yeniləyib.

Həsənova yeni qış rekorduna sahib çıxmaqla yanaşı, 2019-cu il qış Avropa çempionatına lisenziya qazanıb.

Teymur Salahzadə isə Balkan çempionatında 400 metr məsafəyə 50.52 saniyəyə çatmaqla, yeniyetmələr arasında yeni qış Azərbaycan rekordu müəyyənləşdirib.

Balkan qış çempionatı və İstanbul Kubokunda Azərbaycanı 8 atlet təmsil edib.

Xəbər Lenti