"Buna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacam"

17 Fevral 2019 13:07 Ağır atletika 472
"Buna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacam"

"Yarışlarla bağlı təəssüratlarım çox yüksəkdi.

Təşkilatçılıq hər zamankı kimi yüksək səviyyədədir".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanan Rusiya tamblinqçisi Vadim Afanasyev söyləyib.

Təsnifat mərhələsində ən yaxşı göstəriciyə imza atan dünya çempionu Bakıda rekord müəyyənləşdirmək istədiyini deyib:

"Stabil şəkildə çıxışımı davam etdirmək istəyirəm. Finalda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacam.

İndi də daha yaxşı nəticə göstərə bilərdim. Yarışın səhər saatlarında olması bir qədər mane oldu".

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!