"Adam biabır olmaq istəmir"

17 Fevral 2019 09:39 Ağır atletika 432
"Adam biabır olmaq istəmir"

"Daha yaxşı nəticə göstərə bilərdim. Finalda çıxışımı daha da gücləndirəcəm".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanan Azərbaycan tamblinqçisi Mixail Malkin deyib.

Avropa çempionu olan gənc idmançı təsnifat mərhələsində 74,9 xalla 2-ci olub. Ən yaxşı göstəriciyə isə rusiyalı Vadim Afanasyev imza atıb - 75,6.

M.Malkin ilk cəhddə bir qədər həyəcanlandığını bildirib: "Finala hazırlaşacam. Yerli publika kömək edir, lakin eyni zamanda məsuliyyət də artır, adam biabır olmaq istəmir.

Afanasyev dünya çempionudu. Necə deyərlər, finalda Avropa çempionu ilə dünya çempionunun mübarizəsi olacaq".

Fevralın 17-də Milli Gimnastika Arenasında keçiriləcək final mərhələsi saat 12:00-da başlayacaq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!