Dünya Kubokunda final mərhələsinə vəsiqə qazandı - Azərbaycanlı

16 Fevral 2019 11:24 Ağır atletika 544
Dünya Kubokunda final mərhələsinə vəsiqə qazandı - Azərbaycanlı

Azərbaycan tamblinqçisi Mixail Malkin bu gün Bakıda start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, gənc idmançı təsnifat mərhələsində 74,9 xalla 2-ci olub.

Ən yaxşı göstəriciyə isə rusiyalı Vadim Afanasyev imza atıb - 75,6. İlk 8 yeri tutan gimnastlar final mərhələsinə adlayıblar.

“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək.

Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışın ilk günü təsnifat mərhələləri, ikinci günü isə saat 12:00-dan etibarən final mərhələləri baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!