Növbəti Avropa çempionatı Bakıda keçiriləcək

16 Fevral 2019 00:30 Ağır atletika 490
Növbəti Avropa çempionatı Bakıda keçiriləcək

Mayda Bakı ilk dəfə gimnastikanın 2 növü üzrə birgə Avropa çempionatına ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, bu il bədii və aerobika gimnastikası üzrə qitə birinciliklərinin təşkili məhz Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.

AGF-dən verilən məlumata görə, mayın 16-da Milli Gimnastika Arenasında 4-cü dəfə (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) paytaxtımızda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start veriləcək. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar.

Otuz beşinci Avropa çempionatın üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq.

Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.

Çempionatda iştirak edəcək ölkələrin ilkin siyahısı fevralın ortalarında, gimnastların adlarının qeyd olunduğu siyahı isə apreldə açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!