Azərbaycanlı gimnast Polşada qızıl medal qazandı

12 Fevral 2019 00:40 Ağır atletika 471
Azərbaycanlı gimnast Polşada qızıl medal qazandı

Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması keçirilib.

Sportinfo,az xəbər verir ki, yarışda Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı 8 yaşlı gimnastımız Mina Abbasova təmsil edib.

O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsini tutaraq qızıl medala layiq görülüb.

Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunda peşəkar səviyyədə məşğul olur.

5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!