Yığma gəncləşir - VİDEO

10 Fevral 2019 16:35 Ağır atletika 524
Yığma gəncləşir - VİDEO

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, qadınların yarışında qələbəni Səbinə Əzimova bayram edib.

Birdənqaldırma növündə 67 kq çəkini ram etmiş Səbinə, təkanla 87 kq ağırlığı başı üzərinə qaldırıb. Gümüş medalı toplamda 146 kq nəticə göstərmiş Mərziyyə Məhərrəmova qazanıb.

Ən güclü üçlüyü Günel Vəliyeva tamamlayıb. Daha sonra yarışın rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmaytıl İsmayılov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Ağır atletika federasiyasının baş katibi Rizvan Rəsulovun sözlərinə görə ölkədaxili yarış yığma komandanın heyətinin formalaşdırılması baxımından əhəmiyyətlidi.

Günün ikinvi yarısı çəkisi 55 kq-a qədər olan kişi atletlər körpücük üzərinə dəvət olunub. Bu çəkidə qızıl medalı Tehram Məmmədov əldə edib.

Məmmədov 2 hərəkətin cəmində 190 kq nəticəyə imza atıb. Əvəz Tağıyev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Ölkə çempionatının bürünc mükafatı isə İsmayıl Qəmbərzadəyə qismət olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!