Kişi ağırlıqqaldıranlar arasında da ölkə çempionları bilindi

10 Fevral 2019 11:36 Ağır atletika 349
Kişi ağırlıqqaldıranlar arasında da ölkə çempionları bilindi

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında kişilərin ölkə çempionatına da yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 55 kq-da 190 kq (88+102) nəticə göstərən Tehran Məmmədov, 61 kq-da Lənkəran idmançısı Elşən Məmmədov toplam 223 kq-la (98+125), 67 kq-da İsmayıllılı ağırlıqqaldıranı Məhəmməd Məmmədli toplam 277 kq (122+155) nəticə ilə 1-ci olub.

73 kq-da Paşa İbrahimli 293 kq (133+160), 81 kq-da Kənan Əliquliyev 296 kq (131+165) hərəkətin cəmində bu dəfə də qızıl medala sahib çıxıb.

89 kq-da 276 kq (125+151) nəticə göstərən Ceyhun Tağızadə, 96 kq-da toplam 332 kq (148+184) ilə Nailxan Nəbiyev, 102 kq-da 323 kq (148+175) ağırlıqla Əliş Nəzərov, 109 kq-da 270 kq (115+155) hərəkətin cəmində İsmayıl Qurbanov və +109 kq-da toplam 312 kq (140+172) sonluqla Həsənbəy Həsənzadə qalib adını qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!