Səbinə Əzimova növbəti dəfə ölkə çempionudu

8 Fevral 2019 00:40 Ağır atletika 683
Səbinə Əzimova növbəti dəfə ölkə çempionudu

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında qadınların ölkə çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, gənclər və idman nazirliyi ilə ağır atletika federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin müxtəlif bölgələrindən iştirak edirlər.

Bu proqramda rəqabər Sinkleyr cədvəlinə əsasən müəyyən olunub. Qızıl medalı toplam 154 kq (67+87) nəticə və 231.6 xalla Səbinə Əzimova qazanıb.

Fəxri kürsüdə sonrakı yerləri müvafiq olaraq, 146 kq (65+81) 227.7 xalla Mərziyyə Məhərrəmova və 161 kq (69+92) 12.7 xalla Günel Vəliyeva tutublar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!