FOTO - Azərbaycan amerikalını milliləşdirdi - YENİ SƏRGÜZƏŞT

6 Fevral 2019 10:12 Ağır atletika 601
FOTO - Azərbaycan amerikalını milliləşdirdi - YENİ SƏRGÜZƏŞT

Azərbaycan Fiqurlu Konkisürmə Federasiyası amerikalı idmançını milliləşdirib.

Sportinfo.az xəbər verir ki, bu, 14 yaşlı Beverli Vudendi.

Beləliklə, ötən il ABŞ-da Olimpiya medalı qazanmağa namizəd göstərilən Beverli Vuden ilk sınağını bu ay verəcək.

O, fevralın 20-23-ü tarixlərində İsrailin Elat şəhərində keçiriləcək “Open Ice Mall Cup” turnirində iştirak edəcək.

20 ölkənin nümayəndələrinin yarışacağı bu turnirdə millimiz daha üç legionerlə təmsil olunacaq. Bunlar 15 yaşlı rusiyalı Yekaterina Ryabova, 18 yaşlı Vladimir Litvintsev, eləcə də 20 yaşlı amerikalı Morqan Fladdı.

İlk iki idmançı ötən ay Belarusun paytaxtı Minskdə keçirilmiş böyüklərin Avropa çempionatında Azərbaycanı təmsil edib.

Sözügedən yarış böyüklər (seniors), yeniyetmələr (juniors) və təcrübəsizlər (novices) arasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!