Ölkə ağırlıqqaldıranları Şüvəlanda öz məharətlərini göstərəcək

5 Fevral 2019 00:40 Ağır atletika 1 089
Ölkə ağırlıqqaldıranları Şüvəlanda öz məharətlərini göstərəcək

7-8 fevralda Şüvəlan qəsəbəsində ağır atletika akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışda 100-ə yaxın ağırlıqqaldıran mübarizə aparacaq.

Çempionatın təşkilində məqsəd ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, eləsə də qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!