"Gəlin, milliyə dəstək olun"

2 Fevral 2019 10:48 Ağır atletika 580
"Gəlin, milliyə dəstək olun"

Fevralın 16-da Bakıda start götürəcək batut gimnastikası və tamblinq üzrə "AGF Trophy" Dünya Kuboku ərəfəsində azərbaycanlı Avropa çempionu Mixail Malkin azarkeşlərə müraciət edib.

Sportinfo.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, 23 yaşlı idmançı tamaşaçı dəstəyinə ehtiyacının olduğunu bildirib.

Malkin bu dəstəkdən ruhlandığını açıqlayıb: "Yarışdan əvvəl əhvalımı yaxşı saxlamaqdan ötrü dostlarımla görüşür, şəhərdə gəzişirik ki, başımı qatım və fikrim yalnız yarışda olmasın.

Yaxşı nəticələrdən sonra uğurlarımı yaxınlarımla qeyd edirəm. Bu, məni digər yarışlara motivasiya edir.

Tamaşaçı dəstəyi mənim üçün çox vacibdir. Bu dəstəkdən güc və enerji alıram. Gəlin, milli komandamıza dəstək olun".

11 ildir tamblinqlə məşğul olan Mixail Malkin ötən il Avropa çempionu olaraq, ən böyük uğuruna imza atıb. 31 ölkənin qatılacağı "AGF Trophy" iki gün davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!