8 olimpiya mükafatçısı Bakıdakı Dünya Kubokunda/font>

20 Yanvar 2019 14:48 Ağır atletika 494
8 olimpiya mükafatçısı Bakıdakı Dünya Kubokunda/font>

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 16-17 fevralda baş tutacaq yarışda 31 ölkədən 200-ə yaxın idmançı iştirak edəcək.

Onların arasında 8 olimpiya mükafaçısı da var. Bunlar belaruslu Vladislav Qonçarov, kanadalılar - Rosannah Maklennan, Burinet Ceyson, çinlilər - Donq Donq, Gao Ley, britaniyalı Brioni Peyc, rusiyalı Dmitri Uşakov, avstraliyalı Vizani Bennidi.

2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda belaruslu Aleh Rabstau, rusiyalı Yana Pavlova, avstriyalı Dominik Klarke, fransaı Allan Morante kimi tanınmış idmançılar da mübarizə aparacaq.

Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək. 2019 və 2020-ci illərdə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək.

Azərbaycan bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!