Bakıda dünya və 2 Avropa çempionatı keçiriləcək - VİDEO

4 Yanvar 2019 09:12 Ağır atletika 419
Bakıda dünya və 2 Avropa çempionatı keçiriləcək - VİDEO

Bu il ölkəmiz gimnastika növləri üzrə bir neçə irimiqyaslı yarışa ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, mövsüm fevral ayında təşkil olunacaq batut gimnastikası üzrə dünya kuboku ilə başlayacaq.

Bir ay sonra meydança idman gimnastlarının ixtiyarına veriləcək. Bakı dördüncü dəfə idman gimnastikası üzrə dünya kubokunu qəbul edəcək.

Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. Aprelin 26-da dünya kuboku, mayın 17-də isə Avropa çempionatı baş tutacaq.

Cari ildə Azərbaycan ilk dəfə olaraq gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Bədii gimnastlardan sonra, mayın 24-də qitənin ən güclü aerobika gimnastları paytaxtımıza toplaşacaq.

İlin sonuncu yarışı bədii gimnastika üzrə dünya çempionatı olacaq. Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq.

Bakıda keçiriləcək hər üç dünya kuboku, və dünya çempionatı Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Gimnastika növləri üzrə bütün beynəlxalq yarışlar Milli Gimnastika Arenasında təşkil olunacaq. Azarkeşlər bu turnirləri sərfəli şərtlərlə “Mövsümi Bilet” əldə edərək izləyə biləcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!