Beynəlxalq yarışlarda Türkiyəni təmsil edən, dünya və Avropa çempionu azərbaycanlı atlet Ramil Quliyev qonşu ölkənin mətbuatına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, Ramil dünya çempionu ünvanını qorumaq istədiyini deyib:
“Dünya çempionu ünvanımı qorumaq üçün çox çalışıram. Bu, mənim üçün çox vacibdir. Useyn Bolt kimi bir idmançı atletikadan getdi və onun yeri boş qalıb.
O yeri ala bilmək üçün çox çalışıram. Hədəfim böyükdür. Dünyanın ən yaxşısı olmaq fərqli bir şeydir. Bunun üçün də çox çalışıram.
Türkiyədə yeni stadionlar tikilir, sistemli şəkildə işlər görülür. İnşallah, 2024 və 2028-ci illərdə keçiriləcək olimpiadalara atletikada komanda olaraq qatılarıq”.
Ramil ötən il 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.

