“Geridə qalan il "Zirvə" Beynəlxalq İdman klubları üçün bir sıra önəmli hadisələrlə yadda qaldı.
Klubun həm paytaxtda, həm də bölgələrdə yeni idman obyektlərinin açılışları oldu, həmçinin klublarda çıxış edən idmançılar tarixi nailiyyətlər əldə etdilər”.
Sportinfo.az xəbər verir ki, bu barədə "Zirvə" beynəlxalq idman klublarının prezidenti, sahibkar Tofiq Heydərov AAAF TV-yə müsahibəsində bildirib
.
O, bildirib ki, şirkətlər dövlət büdcəsinə 5 milyondan artıq vergi ödəməyə nail olub: “Üzərimizə düşən vergi öhdəliklərini bundan sonra da ödəməyi əsas vəzifəmiz sayırıq”.

