Quliyev: "Boltun yerini tutmaq, bu boşluğu doldurmaq istəyirəm"

29 Dekabr 2018 16:36 Ağır atletika 457
Quliyev: "Boltun yerini tutmaq, bu boşluğu doldurmaq istəyirəm"

"Hazırda dözümlülüyü artırmaq üçün məşqlər edirik.

Yalnız yarışlardan bir ay öncə sürətli məşqlərə keçirik".

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda dünya çempionu olan atlet yerli mətbuata açıqlamasında gələcək hədəflərindən söz açıb.

Quliyev ötən il Londonda keçirilən dünya çempionatının qızıl medallarına layiq görülüb. 28 yaşlı idmançının hədəfi karyerasını bitirən Useyn Boltun yerini tutmaqdı:

"Məqsədim çempionluq ünvanını qorumaqdı. Bu, mənim üçün çox önəmlidi. Bildiyiniz kimi, Useyn Bolt karyerasını bitirib və onun yeri boşalıb.

Hədəfim bu boşluğu doldurmaqdı. Məncə, onun yerini tutmaq mümkündü.

Dünyanın ən yaxşısı olmaq fərqlidi. Bunun üçün var gücümlə çalışıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!