Azərbaycanlı atletlərdən beynəlxalq turnirdə iki qızıl

25 Dekabr 2018 08:00 Ağır atletika 406
Azərbaycanlı atletlərdən beynəlxalq turnirdə iki qızıl

Gürcüstanın Kutaisi şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Kaxi Kaxiaşvilinin şərəfinə beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda yerli idmançılarla yanaşı, azərbaycanlı atletlər də iştirak ediblər.

Paşa İbrahimli 73 kq, Kamran İsmayılov isə 96 kq çəki dərəcəsində mübarizə aparıblar. Məşqçi Taleh Hüseynovun rəhbərliyi altında çıxış edən atletlər iki qızıl medal qazanmağı bacarıblar.

Paşa İbrahimli toplam 286 kq (130+156) nəticə ilə öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Kamran İsmayılov isə 322 kq (141+181) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!