Ötən həftə pankration, greppling və MMA üzrə Azərbaycan çempionatının final görüşləri keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın ən güclülərinin müəyyənləşdiyi çempionatda 77 kiloqram çəki dərəcəsində iştirak edən Fərid Hadıyev greppling idman növü üzrə 6-cı dəfə Azərbaycan çempionu adına layiq görülüb.
“Hadıyev team” komandasının idmançısı olan Hadıyev, bir ay öncə Moskvada keçirilən “Uaejjf national pro” beynəlxalq turnirinin qalibi olub.

