Parkur Beynəlxalq Gimnastika Federasiyasının proqramına daxil edildi

7 Dekabr 2018 00:00 Ağır atletika 510
Parkur Beynəlxalq Gimnastika Federasiyasının proqramına daxil edildi

Beynəlxalq Gimnastika Federasiyası (FIG) parkur növünü proqramına daxil edib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar FIG-in Bakıda keçirilən Konqresində qəbul olunub. 2017-ci ildə bu növdə sınaq xarakterli iki Dünya Kuboku yarışı baş tutub.

Parkur üzrə ilk dünya çempionatının 2020-ci il may – iyun aylarında təşkil edilməsi planlaşdırılır. Parkur - tullanma elementlərini istifadə etməklə maneələrin dəf edilməsi və yerdəyişmə sənətidi.

FIG-in proqramında ümumi gimnastika, bədii gimnastika, ritmik gimnastika, idman gimnastikası, akrobatika və aerobika növləri yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!