Gimnastikada zorakılığın qarşısının alınması üzrə fond (Gymnastics Ethics Foundation) yaradılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qərar Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində qəbul olunub.
Bu ilin fevralında FIG-in prezidenti Morinari Vatanabe idmançıların seksual xarakterli zorakılıqla bağlı məlumat verə biləcəkləri müstəqil qurumun yaradılmasını təklif edib.
Yeni təsis edilən fond FIG-dən asılı olmayacaq. FIG-in Bakıdakı Konqresi dekabrın 2-3-ni əhatə edib.

