"Bunu gizlətmək mümkün deyil": Əsgərliyə yolanan Ramil

30 Noyabr 2018 11:48 Ağır atletika 651
"Bunu gizlətmək mümkün deyil": Əsgərliyə yolanan Ramil

“Hərbi xidmətlə idman bir az oxşardı, hHər ikisində əlavə nəsə edə bilmirsən.

Çünki vaxt olmur, ancaq əsgərlikdə olmaq çox gözəldir, mənim üçün sıxıcı olmadı”.

Sportinfo.az xəbər verir ki bu sözləri Türkiyə mətbuatına açıqlamasında azərbaycanlı atlet Ramil Quliyev deyib.

Peşəkar idmançıların dopinq məsələsində xüsusilə diqqətli olmasının vacibliyini vurğulayan dünya çempionu Ümumdünya Antidopinq Agentliyinin (WADA) bununla bağlı sərt cəzalar verdiyini bildirib.

O deyib ki, olimpiya idmançıları istənilən vaxt dopinq testdən keçirilə bilərlər: “2012 və 2013-cü illərdə dopinqdə ilişən idmançılardan sonra çox böyük dəyişiklik oldu.

Hazırda qadağan olunmuş preparatdan istifadə edib, gizlətmək mümkün deyil. Bunu etsən, idman karyerana son qoyarsan.

Bu səbəbdən çox diqqətli olmaq lazımdı. Sadəcə, dopinq dərmanlarından imtina etməklə iş bitmir. Hər zaman yeməyinə də qata bilərlər, bilmədən nəsə yeyə bilərsən.

Bu il 20-30 dəfə dopinq yoxlamasından keçmişəm. Hər yarışda nümunə alıblar. Kənarda da bir neçə dəfə təlim-məşq mərkəzlərinə gəliblər.

Hətta evə də gəlirlər. Əsgərlikdə olduğum müddətdə belə nəzarət davam etdi. 21 gündə iki dəfə hərbi xidmət yerinə gələrək, dopinq üçün nümunə götürdülər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!