Məhəmməd Məmmədli və Paşa İbrahimlidən qızıl medal

29 Noyabr 2018 21:00 Ağır atletika 618
Məhəmməd Məmmədli və Paşa İbrahimlidən qızıl medal

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış gününə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, kişilər arasında 67 kq çəki dərəcəsində Məhəmməd Məmmədli toplam 267 kq (116+151) nəticə ilə qızıl medala sahib çıxıb.

Ondan cəmi 1 kq geri qalan Rüstəm Qasımov toplam 266 kq (120+146) nəticə ilə gümüş medal əldə edib. Fəxri kürsünün 3-cü pilləsinə isə toplam 255 kq (120+135) nəticə ilə Kənan Xəlilov qalxıb.

Körpücük üzərinə son olaraq 73 kq çəki dərəcəsində mübarizə aparan kişilər çıxıb. Paşa İbrahimli toplam 291 kq (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinci pillədə toplam 260 kq (120+140) nəticə ilə Füqan Əliyev, 3-cü pillədə isə 248 kq (112+136) nəticə ilə Elşən Şərifov qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!