Azərbaycan yığmasından qaçdı, ödənişli hərbi xidmət andı içdi

17 Noyabr 2018 13:12 Ağır atletika 878
Azərbaycan yığmasından qaçdı, ödənişli hərbi xidmət andı içdi

Beynəlxalq yarışlarda Türkiyəni təmsil edən dünya və Avropa çempionu azərbaycanlı atlet Ramil Quliyev Türkiyədə hərbi xidmət keçib.

Sportinfo.az xəbər verir ki, 417 əsgər arasında Türkiyəni təmsil edən Ramil Quliyev sosial şəbəkə hesabında türk dilində bunları yazıb:

“Hər türk əsgər doğar! Vətən borcumu tamamlayıb tərxis oldum. Əsgərlik vəzifəsini tamamlayan bütün mehmetçik qardaşlarımı təbrik edirəm. Bütün mehmetçiklərə yaxşı xidmətlər arzulayıram”.

Atletin izləyiciləri olan türklər Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq, buna görə Quliyevə təşəkkürlərini bildiriblər. Ramilin hərbi xidməti ödənişli olub. O, andiçmədən sonra evə buraxılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!