İstanbulda “30-luğ”a düşən ilk azərbaycanlı qadın

16 Noyabr 2018 16:48 Ağır atletika 479
İstanbulda “30-luğ”a düşən ilk azərbaycanlı qadın

Azərbaycan atleti Ayla Seyid Türkiyədə ənənəvi İstanbul marafonunda fərqlənib.

Sportinfo.az xəbər verir ki, xanım idmançı qadınlar arasında 15 kilometr məsafəyə qaçışda 21-ci yeri tutaraq yeni rekorda imza atıb.

İndiyədək İstanbul marafonunda Azərbaycan nümayəndəsi belə yüksək nəticə əldə etməyib. O, həmçinin həmin marafonda “30-luğ”a düşən ilk azərbaycanlı qadın atlet olub.

40-cı İstanbul marafonunda 100-dək ölkədən 130 min idmançı iştirak edib. Bundan başqa, marafona 55 məşhur atlet də qatılıb.

Uzunluğu 42 kilometr 195 metr olan tam marafonun qalibi keniyalılar olub. Kişilər arasında Feliks Kimutay, qadınlar arasında Rut Çepnqetiç finişə birinci çatıb. Marafon zamanı 15, 10 və 8 kilometr məsafələrə, eləcə də paralimpiyaçılar arasında yarış keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!