Azərbaycanlı oğlan DÇ-da Qazaxıstana medal qazandırdı

10 Noyabr 2018 18:24 Ağır atletika 538
Azərbaycanlı oğlan DÇ-da Qazaxıstana medal qazandırdı

Noyabrın 1-dən etibarən Türkmənistanın paytaxtı Aşqabadda kişilər və qadınlar arasında keçirilən ağır atletika üzrə dünya çempionatı millimiz üçün uğursuzluqla başa çatıb.

Sportinfo.az xəbər verir ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunan və bu gün başa çatacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparıb.

Dünya çempionatında Azərbaycanı təmsil edən 7 oğlan idmançıdan heç biri medal qazana bilməyib. Belə ki, Məhəmməd Məmmədli (61 kq) XXIII, Rüstəm Qasımov XXVI, Kənan Xəlilov XXV (hər ikisi 67 kq), Füqan Əliyev XXXVII, Paşa İbrahimli XXXV (hər ikisi 73 kq), Kənan Əliquliyev XXXVII (81 kq) və Yeniyetmələrin Olimpiadasında gümüş medal qazanmış Tərmenxan Babayev (89 kq) XXVIII yeri tutub.

Azərbaycanlı atlet, Olimpiya çempionu Nicat Rəhimov təkanla qaldırmada Qazaxıstana bürünc medal qazandırıb. Müqayisə üçün onu da bildirək ki, qonşu Ermənistan iki qızıl və iki gümüş, Gürcüstan isə bir bürünc medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!