"Mən indi çox həyəcanlıyam"

10 Noyabr 2018 08:24 Ağır atletika 453
"Mən indi çox həyəcanlıyam"

Batutla tullanma üzrə ABŞ gimnastlarından ibarət komanda Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçirirlər.

Sportinfo.az xəbər verir ki, komandanın üzvü Tristan Van Natta deyib ki, Milli Gimnastika Arenasında yaradılmış şəraitdən məmnundu:

"Bakıdakı Milli Gimnastika Arenası möhtəşəmdir. ABŞ-da da bu cür gözəl və rahat zalların daha çox olmasını istərdim. Belə bir zalda təlim-məşq toplanışını keçirmək çox xoşdur, burada bizim üçün lazım olan bütün şərait yaradılıb".

Tristan Van Natta vurğulayıb ki, təlim səmərəli keçir və ümid edir ki, noyabr ayında Sankt-Peterburqda keçiriləcək batut üzrə dünya çempionatında amerikalı gimnastlar yaxşı nəticə göstərəcəklər:

"Çempionat ərəfəsində çox həyəcanlıyam. Bunun üçün ilboyu hazırlaşmışıq və yaxşı nəticə göstərəcəyimizə ümid edirəm".

Gimnast həmçinin komanda üzvlərinin şəhərdə gəzintiyə çıxdıqlarını və hər kəsin Bakının gözəlliyindən heyran olduğunu söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!