Burda jurnalist Kəmalə də var… - FOTOREPORTAJ

6 Noyabr 2018 11:00 Ağır atletika 2 397
Burda jurnalist Kəmalə də var… - FOTOREPORTAJ

Bodibildinq və klassik bodibildinq üzrə Azərbaycan çempionatı, Mens fizik və bikini-fitnes üzrə Azərbaycan Kuboku keçirilib.

Sportinfo.az xəbər verir ki, 30 klubun iştirak etdiyi turnirdə 57 idmançı qüvvəsini sınayıb.

Çempionatda paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Bərdə şəhərlərinin idmançıları da iştirak edib.

Keçmiş idman jurnalisti Kəmalə İsmayılova bikini-fitnes üzrə Azərbaycan Kubokuna qatılıb. Həmkarımız yarışda 4 qadın rəqibi ilə mübarizə aparıb. O, 4-cü yeri tutub. Bikini-fitnes üzrə Lalə Cəfərova bütün rəqiblərini qabaqlayaraq qalib gəlib.

Kişilərin mübarizəsində Tural Aslanov mens fizik üzrə, Orxan Nəcəfov isə klassik bodibildinq növü üzrə mütləq qalib olublar. Fuad Quluzadə isə bodibildinq üzrə bütün rəqiblərini üstələyib.

Bikini-fitness:

1.Cəfərova Lalə

2.İsmayılova Gülər

3.Əliyeva Rəna

Mens fizik:

170 sm qədər

1.Vəliyev Təyyar

2.Məmmədov Aslan

3.Həsənov Emin

176 sm qədər

1.Aslanov Tural

2.Babayev Emin

3.Əliyev Rauf

176 sm yuxarı

1.Quliyev Arslan

2.Əliyev Famil

3.Qurbanlı Əli

Mens fizik üzrə mütləq qalib: Tural Aslanov

Klassik bodibildinq

175 cm qədər:

1.İsayev Murad

2.Cahangirov Shahin

3.Əliyev Azər

175 sm yuxarı

1.Nəcəfov Orxan

2.Piriyev Polad

3.Bayramov Raqif

Klassik bodibildinq üzrə mütləq qalib : Orxan Nəcəfov

Bodibildinq

75 kq qədər

1.Misirov Nizami

2.Lazımov Kamran

3.Fətəliyev İlqar

90 kq qədər

1.Qulu-zadə Fuad

2.Babakişiyev Ceyhun

3.Kərimov Mürsəl

90 kq yuxarı:

1.Həsənov Nadim

2.Fətəliyev Rövşən

3.Əliyev Alı

Bodibildinq üzrə mütləq qalib: Fuad Quluzadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!