Bədii gimnastika üzrə Bakı çempionatının qalibləri

6 Noyabr 2018 09:00 Ağır atletika 480
Bədii gimnastika üzrə Bakı çempionatının qalibləri

MGA-da bədii gimnastika üzrə 25-ci paytaxt çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, fərdi proqram üzrə çıxışlarda 2010-cu il təvəllüdlülərdə Nəzrin Salmanlı 1-ci olub.

Gövhər İbrahimova (2009) ilə Nərminə Bayramova (2008) öz yaş qruplarında fərqləniblər.

Yeniyetmələrdə Kamilla Seyidzadə, gəncləridə Məryəm Səfərova, böyüklərdə Darya Sorokina fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərə baş idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!