Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu

3 Noyabr 2018 17:48 Ağır atletika 409
Gimnastımız dünya çempionatında 194 idmançı arasında 7-ci oldu

Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı öz işinə yekun vurub.

Sportinfo.az xəbər verir ki, ən güclülərin müəyyənləşdiyi bu turnirdə komandamız Murad Ağarzayev, Timur Bayramov, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov və qadınlar arasında Marina Nekrasovadan ibarət gimnast heyətilə təmsil olunub.

İdmançılarımızdan ən yaxşı nəticə ilə N.Simonov fərqlənməyi bacarıb. Millimizin üzvü dünya nəhənglərinin sırasına daxil ola bilmək üçün bütün gücünü toplayaraq ona olan ümidləri doğrultmağa çalışıb.

Belə ki, bir neçə ay öncə qitə birinciliyində çıxış edən Nikita halqalarla çıxışını 12-ci yerdə başa vurmuşdu. Bu dəfə isə sevimli aləti halqalarda öz proqramını daha da mükəmməlləşdirməsi gimnastımızı məhz dünya çempionatında 194 gimnast arasında 7-ci edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!