"Biz belə nəticə gözləmirdik"

26 Oktyabr 2018 09:12 Ağır atletika 525
"Biz belə nəticə gözləmirdik"

"Çox yaxşı yarış oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri Yelizaveta Luzanın Argentinanın paytaxtı Buenos-Ayresdəki Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanmasına münasibət bildirən məşqçisi Mariana Vasilyeva deyib.

Bolqarıstanlı mütəxəssis Azərbaycan gimnastının ilk dəfə olimpiadada medal qazanmasına diqqət çəkib: "İlk dəfə bir azərbaycanlı gimnast medal qazandı.

Biz belə nəticə gözləmirdik. Bu, bizim yeniyetmələr üçün ilk addım, federasiyamız adına çox vacib nailiyyətdi.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. O, hər zaman bizə dəstək verir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!