Firuzə 5-ci, Gülçin 7-ci oldu

24 Oktyabr 2018 00:10 Ağır atletika 382
Firuzə 5-ci, Gülçin 7-ci oldu

Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Firuzə İbrahimova yaşı 23-ə qədər olan gənclərin 63 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb.

O, birdən qaldırma hərəkətində 75 kq-la bu hərəkətdə 7-ci yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətdə 95 kq-ı ram edərək 5-ci olub. Toplam 170 kq (75+95) nəticə ilə Firuzə İbrahimova yekun sıralamada 5-ci pillədə qərarlaşıb..

Gülçin Əlizadə isə yaşı 23-ə qədər olan gənclərin mübarizəsində 58 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində 65 kq-ı ram edərək bu hərəkətdə 7-ci olub. Gülçin təkanla qaldırma hərəkətində 84 kq-ı qaldıraraq bu hərəkətdə 7-ci yeri tutub.

Toplam 149 kq (65+84) nəticə ilə Əlizadə Avropa birinciliyində 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!