Azərbaycanlı ağır atletika üzrə Avropa birinciliyinin qalibi oldu

21 Oktyabr 2018 00:10 Ağır atletika 420
Azərbaycanlı ağır atletika üzrə Avropa birinciliyinin qalibi oldu

Ağır Atletika üzrə Azərbaycan yığma komandasının üzvü Məhəmməd Məmmədli Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Sportinfo.az-a bildirilib ki, atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb.

Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib. Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.

Daha əvvəl Azərbaycanın ağır atletika üzrə millisi Avropa birinciliyində ilk medalını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!