Azərbaycan yığması Avropa çempionatına 8 nəfərlə yollandı - VİDEO

19 Oktyabr 2018 08:48 Ağır atletika 381
Azərbaycan yığması Avropa çempionatına 8 nəfərlə yollandı - VİDEO

20 və 23 yaşadək ağır atletlərdən ibarət komandalarımız Polşada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Qitə birinciliyində körpücük üzərinə 8 idmançımız çıxacaq.

Sportinfo.az xəbər verir ki, 20 yaşadək oğlanların mübarizəsində yalnız Rüstəm Qasımov bacarığını nümayiş etdirəcək.

Qızların yarışında isə məşqçilər heyəti Səbinə Əzimovaya şans verəcəklər. 23 yaşadək oğlanların yarışında Məhəmməd Məmmədli və Paşa İbrahimli ölkəmizin idman şərəfini qoruyacaq.

Bu yaş kateqoriyasında 4 qadın atletimiz ümidləri doğrultmağa səy göstərəcək. Mərziyyə Məhərrəmova 48 kiloqramda ümidləri doğrultçalıdır.

58 kiloqram çəki dərəcəsində Gülçin Əlizadə qüvvəsini sınayacaq. 63 və 69 kiloqram çəki dərəcələrində müvafiq olaraq Firuzə İbrahimova və Elnarə Abbasova mükafatlara iddialıdı. Avropa birinciliyində 40-dək ölkədən 393 atlet iştirak edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!