Azərbaycanın 20 və 23 yaşadək ağırlıqqaldıranları Polşanın Zamots şəhərində oktyabrın 20-də start götürəcək gənclər arasında Avropa çempionatına yollanıblar.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, qitə birinciliyində 8 idmançı mübarizə aparacaq.
20 yaşadək oğlanların mübarizəsində yalnız Rüstəm Qasımov (62 kq), bu yaş kateqoriyasında qızların yarışında isə Səbinə Əzimova (53 kq) qüvvəsini sınayacaq.
40-dək ölkədən 393 atletin (169 qadın + 224 kişi) yarışacağı qitə birinciliyinə oktyabrın 27-də yekun vurulacaq. 23 yaşadək oğlanların yarışında Məhəmməd Məmmədli (62 kq) və Paşa İbrahimli (69 kq) yarışacaq.
Qızlardan isə Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (58 kq), Firuzə İbrahimova (63 kq) və Elnarə Abbasova (69 kq) körpücük üzərinə çıxacaq.

