Azərbaycan gimnastları dünya kubokunun qalibi oldular

8 Oktyabr 2018 00:00 Ağır atletika 490
Azərbaycan gimnastları dünya kubokunun qalibi oldular

Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə ilin sonuncu dünya kuboku yarışları keçirilib.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasına istinadən bildirir ki, turnirin sonuncu günündə il ərzində təşkil olunmuş bütün dünya kuboklarının yekun xalları əsasında fərqlənmiş gimnastlara xüsusi kuboklar təqdim edilib.

Azərbaycan gimnastı, tamblinq üzrə 2018-ci ilin Avropa çempionu Mixail Malkin bütün rəqiblərini üstələyərək kuboka layiq görülüb.

Batut gimnastikası üzrə sinxron proqramda qadın cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryova cari ildə bütün dünya kuboklarında topladığı xalların hesabına əsasən birincilik əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!