Azərbaycanlı Avropada ilin ən yaxşı kişi nominasiyasında

25 Sentyabr 2018 09:24 Ağır atletika 465
Azərbaycanlı Avropada ilin ən yaxşı kişi nominasiyasında

Avropa Atletika Birliyi ilin ən yaxşı kişi atleti nominasiyası üzrə namizədlərin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda azərbaycanlı atlet, dünya çempionu Ramil Quliyevin də adı yer alıb.

Bir müddət öncə Türkiyə millisinin heyətində Berlində keçirilən Avropa çempionatında birinci olan idmançı titulu qazanmağa əsas namizədlərdən hesab olunur.

Qalib sosial şəbəkələr vasitəsilə səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində keçiriləcək mərasimdə açıqlanacaq. Səsvermə oktyabrın 5-nə kimi davam edəcək.

Ramil ötən il də bu mükafatı qazanmağa əsas namizədlərdən biri idi. 28 yaşlı atlet son 3 idmançı arasında yer alsa, sonda mükafatı almaniyalı nizə atıcısı Yohannes Fettel qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!